London Təl-Əvivin hərəkətinə qarşı çıxıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i361687-london_təl_Əvivin_hərəkətinə_qarşı_çıxıb
İngiltərə Xarici İşlər Nazirliyindəki bir rəsmi şəxs bildirib ki, London sionist rejimin qərb sahilnin bəzi hissələrini işğal olunmuş ərazilərə qatmaq üzrə hərəkətini himayə etməyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 12, 2020 11:43 Asia/Baku
  • London Təl-Əvivin hərəkətinə qarşı çıxıb

İngiltərə Xarici İşlər Nazirliyindəki bir rəsmi şəxs bildirib ki, London sionist rejimin qərb sahilnin bəzi hissələrini işğal olunmuş ərazilərə qatmaq üzrə hərəkətini himayə etməyəcək.

İngiltərə Xarici İşlər Nazirliyinin rəsmilərindən olan Ceyms Klori bu ölkə parlamentindəki çıxışında deyib ki, İngiltərə qərb sahilnin bəzi hissələrinin işğal olunmuş ərazilərə qatılmasına dəstəyi rədd edibdir, zira bu hərəkət Fələstin-sionist rejim münaqişəsinin həll yolunu mürəkkəbləşdirir.

Avropa Birliyinin sözçüsü Piter Stato da dünən deyibdir ki, sionist rejim qərb sahilnin qatılması istiqamətində addım atarsa, Brüssel onu cavabsız qoymayacaqdır.

Stato sonra deyibdir ki, bu hərəkət beynəlxalq qanunlar istiqamətində deyil və Avropa Birliyi beynəlxalq qanunların himayədarıdır.

Sionist rejim bildiribdir ki, iyul ayında qərb sahilnin bəzi hissələrini öz işğalı altında olan ərazilərə qatacaq.

LONDON TƏL-ƏVİVİN HƏRƏKƏTİNƏ QARŞI ÇIXIB