May 16, 2020 08:07 Asia/Baku
  • Sionistlər fələstinlilərin əkin sahələrini müsadirə edirlər

Qərb sahilinin şimalında yerləşən sionistsakinli qəsəbələr şurası fələstinlilərin əkin sahələrinin müsadirə edilməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, Qərb sahilinin şimalında yerləşən sionistsakinli qəsəbələr şurası dünən bir açıqlamada bildirib ki, sionist qəsəbələri genişləndirmək məqsədilə Cenin şəhərinin cənub-qərbində fələstinlilərin əkin sahələrindən minlərlə kvadrat metri müsadirə etmək niyyətindədir.

Bu açıqlamaya görə, qərb sahilinin şimalında yerləşən Rihan adlı sionist qəsəbənin yaxınlığında sionist gənclər üçün bir əyləncə mərkəzi inşa olunacaq. Hazırlanmış plana əsasən, bu əyləncə mərkəzi düz, fələstinlilərin əkin sahələrində yerləşir.

Sionistsakinli qəsəbələr salma sionist rejimin fələstinlilərə qarşı ən əsas cinayətlərindən biridir və fələstinlilərin mənzillərinin dağıdılması və onların icbari şəkildə köçürülmələri ilə nəticələnir.

Sionistsakinli qəsəbələrin salınması elə bir haldadır ki, BMT Təhlükəsizlik Şurası 2016-cı ilin dekabrında sionistsakinli qəsəbələrin salınmasını pisləyən 2234 saylı qətnamə qəbul etdi. Lakin sionist rejim ABŞ hökumətinin himayəsi altında sionistsakinli qəsəbələrin salınmasını davam etdirməkdədir.

Teqlər