May 17, 2020 19:46 Asia/Baku
  • Qüds və Qarabağın hər ikisi azad edilməlidir

Fələstin İslami Cihad Hərəkatının İrandakı nümayəndəsi Azərbaycan Respublikasının ruhaniləri və dini fəallarının Qüds həftəsinin keçirilməsi üzrə təşəbbüslərini yüksək qiymətləndirib və Fələstinin Qarabağın azad edilməsinə dəstək verdiyini vurğulayıb.

SəhərAzəri xəbər verir, Nasir Əbu-Şərif əl-Rəəd telekanalı ilə müsahibədə deyib: Biz Azərbaycan Respublikası xalqını müqavimət və islami bir xalq kimi tanıyırıq və elə buradan Azərbaycan Respublikası xalqına deyirəm ki, əgər siz Fələstin xalqı və ölkəsini himayə etsəniz, gələcəkdə Fələstin və onun xalqı sizin himayədarınız olacaqdır.

Nasir Əbu-Şərif bildirib ki, Qarabağ müharibəsində Fələstin daima Azərbaycan Respublikası xalqını himayə edirdi. O, qeyd edib ki, Qüds və Qarabağın hər ikisi islami torpaqlardır və azad edilməlidir.

Əbu-Şərif vurğulayıb ki, bütün müsəlman ümmət Qüdsü öz siyasi mübarizəsinin mərkəzi hesab edir və müqavimət və mübarizəni irəlilədir; Azərbaycan Respublikası xalqı bu sahədə mühüm rola malikdir.

Fələstin İslami Cihad Hərəkatının İrandakı nümayəndəsi daha sonra söyləyib: Hac Qasem Soleymani hər yerə gedərdisə, son hədəfi, Qüdsün azad edilməsi idi. Bizim də son hədəfimiz, Qüdsün azad edilməsi omalıdır.

Teqlər