Həmas: Əlil fələstinli gənci qətlə yetirmək, sionistlərin sadistliyinə dəlalət edir
Fələstin İslami Cihad Hərəkatının (HƏMAS) sözçüsü, əlil bir fələstinlinin Sionist rejim qüvvələri tərəfindən şəhid edilməsini, həmin rejim başçılarının cinayıtkar və sadist olduqlarına dəlalət etdiyini deyib.
SəhərAzəri Fars xəbər agentliyinə istinadla xəbər verir, Fələstin İslami Cihad Hərəkatının (HƏMAS) sözçüsü Hazim Qasim bu gün (şənbə) səhər çağı bir əlil və nasaz fəlstinlinin sionist hərbçilər tərəndən şəhid edilməsinə münasibət bildirib.
Qeyd edək ki sionist hərbçilər bu gün nasaz və əlil bir fələstinlinin silaj daşıdığını zənn edərək hədəfə alib şəhid etdikdən sonra onun üstündə heç bir silahın olmadığını müşahidə ediblər.
HƏMAS sözçüsü vurğulayaraq bildirib ki; “bu kimi cinayətlər şölələndirinci amil hesab olunur və bizim xalqımız onları cavabsız qoymayacaq, işğalçıları tamamiylə yurdumuzdan kənarlaşdırmayınca müqaviməti davam etdirəcək.”