Sionistlər Əl-Əqsa məscidində 8 fələstinlini saxladı
Əl-Əqsa məscidinin yenidən açılmasından qısa müddət sonra sionist rejim hərbçiləri onun səhnində 8 fələstinlini saxlayıblar.
SaharAzeri "Qüds" xəbər agentliyinin məlumatına görə, İsrail hərbçiləri Əl=Əqsa məscidinə basqın edərək, səkkiz fələstinli namazqılanı saxlayıb və sionist qəsəbə sakinlərini bu məscidin müqəddəs səhninə daxil ediblər.
Sionist rejim polisi səkkiz fələstinlinin həbs edildiyini təsdiqləyib.
Bu rejimin polis qüvvələri, həmçinin, bir jurnalisti və işğal olunmuş Fələstin ərazilərində fəaliyyət göstərən bir qrup insan hüquqları müdafiəçilərini də həbs ediblər.
Əl-Əqsa Məscidi Beytül-Müqəddəs şəhərinin İslam-Fələstin mahiyyətinin əsl simvolu olaraq, həmişə işğalçı rejimin dağıdıcı hərəkətlərinin hədəfində olubdur.
Sionist rejim bu təhqiramiz hərəkətləri ilə Beytül-Müqəddəsin İslami mahiyyətini məhv etmək və onu yəhudiləşdirmək istəyir.