Netanyahu ölüm təhdidləri ilə əlaqədar polisə müraciət edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i362567-netanyahu_ölüm_təhdidləri_ilə_əlaqədar_polisə_müraciət_edib
Sionist rejimin baş naziri Binyamin Netanyahu özünə və ailəsinə qarşı ölüm təhdidləri aldıqdan sonra polisə şikayət ərizəsi ilə müraciət edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2020 11:00 Asia/Baku
  • Netanyahu ölüm təhdidləri ilə əlaqədar polisə müraciət edib

Sionist rejimin baş naziri Binyamin Netanyahu özünə və ailəsinə qarşı ölüm təhdidləri aldıqdan sonra polisə şikayət ərizəsi ilə müraciət edib.

SəhərAzəri - “Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində məlumat verib.

Netanyahunun sözlərinə görə, iyunun 1-də o, naməlum şəxsin cinayəti necə törədəcəyi yazılmış növbəti təhdid mesajını alıb.

Xatırladaq ki, B.Netanyahunu ötən ilin noyabr ayında da “Facebook”dan təhdid edirdilər. Həmin zaman o, polisdən dərhal istintaq başlatmağı istəmişdi.