Ərəbistanda Saray Qarışdı:
Səlmanı devirmək üçün iclas keçirilib
Səudiyyəli bir siyasi fəal, Vəliəhd Şahzadə Məhəmməd Bin Salmanı devirmək üçün 3 Səudiyyə şahzadəsi də daxil olmaqla 18 üzvdən ibarət bir iclasın qurulduğunu açıqladı.
SəhərAzəri xəbər verir, İştirakçıların Bin Selmanın Səudiyyə Ərəbistanını məhv etdiyinə inandıqları ifadə edilib.
Ali-Səud vəliəhdi Məhəmməd Bin Səlmanın daxili, regional və beynəlxalq səviyyədə etdiyi hərəkətlər, bir çox Səudiyyə şahzadəsinin ona qarşı birləşməsinə səbəb olub və Bin Səlmanın bir çox həbs fərmanı da belə bir vəziyyətin qarşısını ala bilməyib.
Səudiyyə fəalı Əbdülrəhman əs-Səhimi, müxalifətin krallıq arzusunda olan Məhəmməd bin Salmanı devirmək üçün hakim ailədən 3 şahzadə ilə "Koordinasiya Şurası" yaratdığını bildirib.
Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Əbdülrəhman əs-Səhimi bir videomateryalda deyib: “Sözü gedən şura heç də dinc hərəkətə, vətəndaş itaətsizliyinə və silah gəzdirməyə çağırmır. Bunun əvəzinə, onun işi dünyanın müxtəlif ölkələri, rəsmi və beynəlxalq təşkilatlarla yazışmalarla məhdudlaşır.
Bununla da İslam parlamentləri, Fars Körfəzi ölkələri, ABŞ Konqresinin üzvləri və Avropa Parlamentinin üzvləri ilə yazışmalar aparılıb. Səudiyyə kralının
qardaşı və Bin Səlmanın rəqibi Əhməd bin Əbdüləzizi dəstəkləyəcəklərini, Səudiyyə Ərəbistanındakı hakim təşkilatların kraldan müstəqil olmalarını və ölkənin seçilmiş bir parlamentə sahib olması şərt edilib.”-deyə bildirmişdir.
Əbdülrəhman əs-Səhimi daha sonra Səudiyyə kralı Səlman Bin Abdulazizi oğlunu vəliəhd səlahiyyətləri də daxil olmaqla bütün vəzifələrdən uzaqlaşdırmağa və məsuliyyəti Əhməd Bin Əbdüləzizə verməyə çağırib.