İraqın Nenəva əyalətində 46 İŞİD mağarası dağıdılıb, 19 terrorçu məhv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i362739-İraqın_nenəva_əyalətində_46_İŞİd_mağarası_dağıdılıb_19_terrorçu_məhv_edilib
İraq qüvvələri cümə axşamı günü baş tutan ağır əməliyyatda 46 İŞİD mağarasını məhv edib, 19 terrorçunu isə zərərsizləşdirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2020 06:17 Asia/Baku
  • İraqın Nenəva əyalətində 46 İŞİD mağarası dağıdılıb, 19 terrorçu məhv edilib

İraq qüvvələri cümə axşamı günü baş tutan ağır əməliyyatda 46 İŞİD mağarasını məhv edib, 19 terrorçunu isə zərərsizləşdirib.

 

SəhərAzəri Farsnews-a istinadla verdiyi xəbərə görə, İraq Silahlı Qüvvələrinin Baş Komandanının sözçüsü Yahya Rasul, Nenəva əyalətindəki terror əleyhinə qüvvələrin cənubdakı Məxmur şəhərində keçirdiyi 26 hava hücumu nəticəsində İŞİD qüvvələrinə ayid 46 mağaranın məhv, 19 terrorçunun isə zərərsizləşdirildiyini bildirib.

Rəsul bir açıqlamada bildirib: “Silahlı Qüvvələrin Baş Komandanının əmri ilə Birgə Əməliyyat Komandanlığı və Ordu Hərbi Hava Qüvvələri və Antiterror Təşkilatının beynəlxalq koalisiyası ilə razılaşdırılaraq ölkənin müxtəlif bölgələrində xüsusi tapşırıqlar yerinə yetirilərək. İŞİD ünsürlərinin  gizləndikləri yerlərin haqqında dəqiq məlumatlar əldə edilmişdi.”

Bağdad Əl-Youm xəbər portalının yaydığı məlumata görə, İraq hərbi rəsmisi əlavə olaraq deyib: “Alınan məlumata görə, cümə axşamı Məxmur şəhərinin Qaracuq yüksəkliklərində 26 hava hücumu həyata keçirildi, 46 mağara məhv edildi və 19 İŞİD üzvü öldürüldü,.Terrorla mübarizə qüvvələri də əl-Anbar əyalətinin əl-Fəllucə bölgəsində İŞİD-in iki üzvünü həbs edib.”

Rəsul əlavə olaraq bildirib:"Həmin təşkilatın daha bir əməliyyatda əl-Anbar vilayətinin Horan bölgəsində üç İŞİD qərargahı məhv edilib."

İraq, son həftələrdə İŞİD qalıqlarını ləğv etmək üçün əməliyyatlarını genişləndirib.