covid-19 meydan oxuyur
20 milyon yəmənli koronavirus təhlükəsi qarşısında
İyun 05, 2020 12:59 Asia/Baku
BMT: 20 milyon yəmənli koronavirusa yoluxma təhlükəsi qarşısındadır
SəhərAzəri xəbər veri, BMT-nin inkişaf proqramı bildirib ki, 20 milyon, min nəfər yəmənli təhlükəli aclıq və qıtlıqdan əziyyət çəkir və koronavirusa yoluxma təhlükəsi qarşısındadır.
Son statistikalara görə, Yəməndə 419 nəfər koronavirusa yoluxub. Bu miqdardan 95 nəfər həyatını itirib.
Ərəbistanın Yəmənə təcavüzü nəticəsində indiyədək minlərlə yəmənli ölüb. BMT-nin məlumatına görə, bu ölkədə qıtlıq dünyada ən böyük insan faciəsinə çevrilibdir.