Əl-Əxbar portalı:
Birləşmiş Millətlər Təşkilatı Yəməndəki böhranı həll etmək üçün Tehrana müraciət etdi.
Livanda çıxan əl-Əxbar qəzeti yazır; Səudiyyə koalisiyası, Qərb ölkələri və Birləşmiş Millətlər Təşkilatının Yəmən xalqına qarşı əvvəlki strategiyalarının məğlubiyyətinin ardınca, BMT-in nümayəndəsi bu dəfə Ər-Riyadın və Qərb ölkələrinin böhranın həlli üçün razılığı ilə Tehranla əlaqə qurmaq məcburiyyətində qaldığını bildirib.
SəhərAzəri Farsnews-a istinadla xəbər verir dünya koronavirus və onun iqtisadi nəticələri ilə qarşılaşarkən, pərdə arxasında Yəmən böhranı ilə bağlı siyasi hərəkətlər mövcuddur ki, bunların da məqsədi "Səudiyyə Ərəbistanını xilas etməkdir".
Əl-Əxbar qəzeti qeyd olunan mövzuya toxunaraq Yəmən xalqına qarşı müharibə ilə bağlı diplomatik fəaliyyətlərin faktiki olaraq genişləndiyini bildirib. Vaşinqton, London və BMT-nin Yəməndəki xüsusi nümayəndəsi Martin Griffiths həmin hərəkətləri istiqamətləndirirlər.
Qəzetin yazdığına görə, son həftələrdə Səudiyyə Ərəbistanı, ABŞ və İngiltərə Səudiyyə vəliəhdi Məhəmməd bin Salman ilə təcavüzkar koalisiya ölkələri arasında siyasi təmaslar artıb. Çağırışların artması, Yəmən qüvvələrinin ölkənin şərqində, xüsusilə Marib yaxınlığında həyata keçirdiyi sahə əməliyyatları ilə əlaqədardır, əgər davam edərsə Sənaanın lehinə strateji çevrilişə səbəb ola bilər.