İyun 08, 2020 07:16 Asia/Baku
  • Onlarla amerikan yük maşını İraqdan Suriyaya daxil olub

Suriya mediaları dünən axşamçağı bildiriblər ki, amerikan hərbi avtomobillərdən ibarət bir karvan İraq ərazisindən Suriyaya daxil olub.

SaharAzeri xəbər verir, Suriyanın şimal-şərqində yerləşən Əlhəsəkə bölgəsinin ətrafındakı Əlyarubiyə bölgəsindəki yerli mənbələr xəbər veriblər ki, işğalçı amerikalı qüvvələr bir neçə zirehli avtomobil və tankeri, eləcə də tikinti materialları və logistika təchizatları daşıyan əlli yük maşınını qanunsuz Əlvəlid keçidi vasitəsilə İraqdan Suriyaya daxil ediblər.

Amerikalı qüvvələr Suriyadakı iştiraklarını gücləndirmək, həmçinin bu ölkənin təbii sərvətləri və neftini oğurlamaq məqsədilə ötən aylar ərzində silah, hərbi və logistika təchizatları daşıyan minlərlə yük maşınını qanunsuz keçidlər vasitəsilə bu ölkəyə daxil ediblər.

Suriya, neft ehtiyatları baxımından 2 milyard 500 milyon barrel ilə dünya ölkələri arasında 0,15 faiz ilə Malayziyadan sonra 32-ci və Argentinadan öncəki yerdə durur. Bu ölkənin ən mühüm neft hövzələri şərq bölgələrində, həmçinin Diyrəzzur vilayətində, az bir hissəsi isə Həmah, Əlriqqə və Hums kimi bölgələrdə yerləşir.

 

Teqlər