İşğal olunmuş Fələstində koronavirusdan ölənlərin sayı 300-ə yaxınlaşıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i362874-İşğal_olunmuş_fələstində_koronavirusdan_ölənlərin_sayı_300_ə_yaxınlaşıb
İşğal olunmuş Fələstində yeni növ koronavirusa yoluxanların sayı 17 863 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2020 04:01 Asia/Baku
  • İşğal olunmuş Fələstində koronavirusdan ölənlərin sayı 300-ə yaxınlaşıb

İşğal olunmuş Fələstində yeni növ koronavirusa yoluxanların sayı 17 863 nəfərə çatıb.

SaharAzeri -Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə Sionist rejimin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusa yoluxanlardan 298 nəfəri ölüb, 15 091 nəfər isə sağalaraq evə buraxılıb.

Bildirilir ki, hazırda koronavirusdan müalicəsini davam etdirənlərdən 27 nəfərinin vəziyyəti ağırdır.