Həmas sionist planlarının qarşısını almaq üçün əməli addımların atılmasını tələb edib
“Fələstin İslam Müqavimət Hərəkatı” (Həmas) ərəb ölkələrini və beynəlxalq ictimaiyyəti sionist rejimin Qərb sahilin bəzi hissələrini işğal olunmuş ərazilərə ilhaq etmək planını həyata keçirməsinin qarşısını almaq üçün “ciddi və əməli addımlar atmağa” çağırdı.
SaharAzeri IRNA-ya istinadla xəbər verir, Bu gün (Çərşənbə axşamı) Anadolu agentliyi məlumat verib, “Fələstin İslam Müqavimət Hərəkatı”-ın (Həmas) sözçüsü Hazim Casim Sionist rejimin Qərb sahilinin böyük ərazilərini işğalı altındakıyerlərə ilhaq etmə cəhdinə qarşı çıxan ərəb və beynəlxalq səviyyəli rəyləri və mövqeləri təqdirə layiq adlandırıb.
Hazim əlavə olaraq deyib: “Əlbətdə daha çox hərəkətə ehtiyacımız var. Sionist rejimə və ABŞ hökumətinə bu siyasətin həyata keçirilməsinin qarşısını almaq üçün təzyiq göstərmək üçün ciddi və əməli addımlar atmağa çağırırıq.
O qeyd edib: “Mediya və siyasi mövqelərlə kifayətlənə bilməzsiniz, Çünki sionist rejim beynəlxalq konsensusa qarşı üsyan etməyə alışmış və hər zaman hüquq aləmindən kənarda “qaçaq” rolunda çıxış edir.”
Sionist rejim iyulun 1-dən İordaniya düzənliyini və Qərbi Şəriyədəki sionist yaşayış məntəqələrini işğal altındakı Fələstin ərazilərinə əlavə etmək üçün tədbirlərə başlamağı planlaşdırır.
Fələstinli mütəxəssislər İsrail rejiminin Qərb Sahilinin 30 faizindən çoxunu İşğal Olunan ərazilərə ilhaq edəcəyini təxmin edirlər.
Sionist rejimin bu hərəkətinə cavab olaraq Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbas, keçən ay təşkilatın ABŞ və İsrail ilə razılaşma və anlaşma memorandumlarına, o cümlədən təhlükəsizlik sazişinə sadiq qalmayacağını bildirib.