İsmail Həniyyə İsrail planlarını pozmaq üçün 40 ölkənin başçısına məktub ünvanlayıb
Fələstin İslami Müqavimət Hərəkati HƏMAS-ın siyasi bürosunun sədri 40 ərəb və İslam ölkələri rəhbərlərinə ayrı-ayrı məktublar ünvanlayaraq, onları İordan çayının qərb sahilini işğal olunmuş ərazilərə ilhaq etmək planının dayandırılması üçün dərhal hərəkə keçməyə çağırıb.
SaharAzeri xəbər verir, Sionist rejim "əsrin sövdələşməsi" amerikan-sionist planına əsasən və Donald Tramp administrasiyasının dəstəyi ilə iyulun əvvəlində Qərb sahilinin 30 faizini işğal olunmuş ərazilərə birləşdirmək niyyətindədir.
Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, Fələstin İslami Müqavimət Hərəkati HƏMAS-ın siyasi bürosunun sədri İsmail Həniyyə bu məktublarda Qərb sahilinin ilhaq edilməsi planının Fələstin və bütün ərəb və İslam ümmətinin bu günü və gələcəyi üçün əsl təhlükə olduğunu bildirib.
Həniyyə ərb və İslam ölkələrinin başçılarını qərb sahili və Qüdsün ilhaqı planına qarşı fələstinlilərin vahid mövqeyini dəstəkləmək üçün sammit keçirməyə çağırıb.
HƏMAS-ın siyasi bürosunun rəhbəri, həmçinin qanuni hüquqların əldə ediməsi, torpaqların azad olunması və paytaxtı Qüds olmaqla müstəqil bir ölkənin təşkil edilməsinə əsaslanan fələstinlilərin milli planını dəstəklənməsi üçün uyğyn şəraitin yaradılmasına çağırıb.
dünyanın bir çox ölkəsi, şəxsiyyətləri, siyasi və dini qurumları sionist rejiminin Qərb sahilinin bir hissəsini işğal etmək planını qınayıblar.