Fələstinin işğalı fitnəsilə mübarizəyə təkid
Livan müqavimətinin din alimləri ümumdünya birliyinin sədri Fələstinin işğalı fitnəsilə mübarizə üçün islami ölkələrin birliyini istəyib.
SaharAzeri xəbər verir, Şeyx Mahir Həmud Beyrutda Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Əlnəxalə ilə görüşdə onunla birgə işğal olunmuş ərazilərin son olaylarını araşdırıb. Deyib ki, müsəlman və ərəb ölkələri birlik sayəsində amerikan-sionist “əsrin sövdələşməsi” planı xüsusiyyət təşkil etməklə anti-Fələstin fitnələr qarşısında dayanmalıdırlar.
Amerikan-sionist “əsrin sövdələşməsi” planına əsasən, sionist rejim Tramp hökumətinin himayələrilə iyulun birindən Fələstinin qərb sahilnin otuz faizini işğal etdiyi ərazilərə qatmaq niyyətindədir.
Şeyx Mahir Həmud həmçinin Fələstin İslami Cihad Hərəkatının keçmiş baş katibi Ramazan Abdullah Şələhin vəfatı münasibətilə bu hərəkatın üzvlərinə və Fələstin xalqına başsağlığı verib.
1995-ci ildən 2018-ci ilədək Fələstin İslami Cihad Hərəkatının baş katibi olmuş Ramazan Abdullah Şələh mayın 6-da axşamçağı 62 yaşında xəstəlik səbəbindən vəfat etdi.