İyun 12, 2020 09:05 Asia/Baku
  • Səud koalisiyası son 2 ayda 2186 dəfə Yəmənə hücum edib

Yəmən silahlı qüvvələrinin sözçüsü bildirib ki, təcavüzkar səud koalisiyası son iki ayda Yəmənin müdafiəsiz xalqına qarşı hava və qurudan 2100 dəfədən çox hücum edibdir.

SaharAzeri xəbər verir, Yəhya Əlsəri qeyd edib ki, aprelin 9-dan bəri təcavüzkar səud koalisiyasının qüvvələri Yəmənin müxtəlif bölgələrinə qarşı 145 quru və 20141 hava hücumu həyata keçiriblər.

Səudiyyə Ərəbistanı/ ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkənin dəstəyi ilə 2015-ci ilin mart ayından Yəmənə təcavüz edərək, bu ölkəni və quru, dəniz və havadan mühasirəyə alıbdır.

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndəki müharibəsi bu günə qədər 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın yaralanmasına və milyonlarla yəmənlinin didərgin düşməsinə səbəb olubdur.Ərəbistanın hərbi təcavüzü, yoxsul Yəmənin ölkəsini qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.

Səudiyyə rejimi və müttəfiqləri Yəmən xalqının müqaviməti səbəbindən bu günədək bu ölkədə güddükləri məqsədlərə çata bilməyiblər.

Teqlər