ABŞ qüvvələri Suriya yanacağının qaçaqmalçılığı ilə məşğuldurlar
Amerikalı qüvvələr Suriyanın neft yataqlarından oğurlanmış yanacağı daşıyan əlli yük maşınını İraqa köçürüblər.
SaharAzeri xəbər verir, Amerika və müttəfiqləri terror qrupları ilə mübarizə bəhanəsilə qanunsuz şəkildə və rəsmi Dəməşqin icazəsi olmadan Suriyada hərbi iştiraka malikdirlər.
Amerika Suriyanın şimal-şərqində kürdlərin işğalı altında olan neft yataqlarında öz hərbi iştirakını gücləndirmək məqsədilə 2019-cu ildə Diyrəzzur və Əlhəsəkə vilayətlərinə hərbi karvanlar göndərdi.
Qərbi Asiyadakı amerikalı qüvvələrin baş komandanlığı bundan öncə bu barədə bildirmişdi ki, amerikalı hərbçilər Suriya neftindən və ondan əldə olunan gəlirdən bəhrələnmək üçün bu ölkə ərazisində qalıblar.
Suriya hökuməti dəfələrlə vurğulayıbdır ki, Amerikanın və Suriyadakı müttəfiqlərinin hərəkətləri bu ölkənin işğal olunması deməkdir.