Həmas Netanyahuya xəbərdarlıq edib
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın sədr müavini qərb sahili ərazisinin işğal olunmuş ərazilərə qatılması planının icrası barədə sionist rejimin baş nazirinə xəbərdarlıq edib.
SaharAzeri xəbər verir, Həmas hərəkatının siyasi bürosunun sədr müavini Saleh Əlaruri sionist-amerikan «əsrin sövdələşməsi» planı ilə mübarizə etmək istiqamətində Qəzzə şəhərində keçirilən bir xalq yığıncağında sionist rejimin baş naziri Benyamin Netanyahuya xitabən vurğulayıb ki, Fələstin xalqı və fələstili qruplar bu rejimin cinayətləri qarşısında birlikdə dayanacaq və öz ərazilərini qoruyacaqlar.
Əlaruri sonra deyib: Sionist rejimin Amerika hökuməti ilə koalisiyası və bəzi ərəb ölkələrinin bu rejimlə münasibətlərinin adiləşdirilməsi üzrə səyləri Fələstin xalqının iradəsi qarşısında məğlub olacaq.
Həmas hərəkatının siyasi bürosunun üzvü Xəlil Əlhiyyə də bu yığıncaqda həmin hərəkatın sionist rejimlə silahlı mübarizəyə hazır olduğunu vurğulayaraq, qərb sahilindən geniş ərazilərin işğalı planı ilə mübarizə üçün bütün Fələstində geniş inqilabın edilməsini istəyib.
O, həmçinin qərb sahilinin işğalı ilə mübarizə istiqamətində konkret iş proqramının işlənib hazırlanması üçün müqavimət qruplarının həmkarlığının vacibliyini vurğulayıb.
Sionist rejim sionist-amerikan «əsrin sövdələşməsi» planına əsasən və Amerika prezidenti Donald Tramp hökumətinin himayələri ilə iyulun əvvəllərində qərb sahilnin otuz faizini işğal olunmuş ərazilərə qatmaq niyyətindədir.
Dünya üzrə bir çox ölkə, şəxsiyyət, siyasi və dini rəsmi qərb sahilindən bəzi hissələrin sionist rejim tərəfindən qəsb edilməsi planını pisləyiblər.