Bağdad hava limanında müqavimət şəhidlərinin xatirə kompleksi ucaldılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i363462-bağdad_hava_limanında_müqavimət_şəhidlərinin_xatirə_kompleksi_ucaldılıb
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin şəhid komandanı general-leytenant Qasem Soleymani və Əlhəşduşşəbi təşkilatının sədr müavini Əbuməhdi Əlmuhəndisin xatirə kompleksi Bağdad beynəlxalq hava limanında ucaldılıb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyun 20, 2020 04:42 Asia/Baku
  • Bağdad hava limanında müqavimət şəhidlərinin xatirə kompleksi ucaldılıb

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin şəhid komandanı general-leytenant Qasem Soleymani və Əlhəşduşşəbi təşkilatının sədr müavini Əbuməhdi Əlmuhəndisin xatirə kompleksi Bağdad beynəlxalq hava limanında ucaldılıb.

SəhərAzəri xəbər verir, İraq xalqının müxtəlif təbəqələrinin nümayəndələri dünən general Soleymaninin və Əbuməhdi Əlmuhəndisin Bağdad hava limanında şəhid olduqları məkana gələrək, müqavimət şəhidlərinə təşəkkür ediblər.

2020-ci il yanvarın üçündə İraq rəsmilərinin rəsmi dəvəti ilə bu ölkəyə səfər edən İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymani Əlhəşduşşəbi təşkilatının sədr müavini Əbuməhdi Əlmuhəndis və digər səkkiz nəfərlə yanaşı təcavüzkar və terrorçu amerikan qüvvələrin Bağdad hava limanına qarşı hava hücumunda şəhid oldu.