Sionist rejim ordusunun Baş qərargah rəisləri:
"İranın adi hərbi imkanları bir təhdiddir"
Bazar günü Sionist rejim ordusunun Baş qərargah rəisləri, İranın adi hərbi imkanlarının da təhdid olduğunu iddia edib.
SəhərAzəri xəbər verir, Sionist Ordunun Baş Qərargah Rəisi Aviu Kuhavi, bazar günü İranın adi hərbi imkanları barədə xəbərdarlıq edərək, İranın işğal olunmuş Fələstin ərazisindəndən fiziki məsafədə olmasına baxmayaraq, Sionist rejiminə təhlükə yarada bilmək imkanına malik olduğunu iddia edib.
Sionist ordusunun bir sıra komandirlərinin təyinatı mərasimində danışan Kuhavi əlavə edbi: “İran Yaxın Şərqin ən təhlükəli ölkəsinə çevrilib. O nüvə proqramında ciddi irəliləyiş əldə edib, ancaq nüvə yeganə təhlükə deyil. İranın adi silahları da var.”
Sionist rejim rəsmisinin İranın adi silahlarını təhdid kimi qiymətləndirməsi elə bir haldadır kı, rejimin öz arsenalında 200-dən çox nüvə başlığı var.
Sionist rejim həmçinin ABŞ və Qərb ölkələrinin geniş hərbi dəstəyindən yararlanır və müxtəlif silahlarla təmin edilir.
Həmçinin İranın nüvə proqramı tam sülhsevər mahiyyət daşıyır və İran Nüvə Silahının yayılmaması müqaviləsini imzalayan ölkələrdən biridir, halbuki Sionist rejim indiyə qədər həmin sazişi imzalamaqdan imtina edib və Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinə onun obyektlərini yoxlamasına icazə verməyib.