Ərəbistanın şiəsakinli Əldimam şəhərinin zindanında koronavirus epidemiyası
Məlumatlı mənbələr Ərəbistanın şərqində yerləşən şiəsakinli Əldimam şəhərinin zindanında koronavirus epidemiyasından xəbər veriblər.
SəhərAzəri xəbər verir, Bu mənbələrin bildirdiklərinə görə, bir neçə həftədir ki, şiəsakinli Ələhsa və Əlqətif bölgələrinin sakinlərindən olan dini məhbusların həyatı səud hökumətinin Əldimamda yerləşən Əlməbahis məhbəsindəki səhiyyə durumunu daima ört-basdır etməsinə görə, təhlükə qarşısında qalıbdır.
Bu məlumata görə, Əlməbahisdə bir qrup məhbus və zindan işçisi koronavirusa yoluxub. Belə bir halda, səud rəsmilərinin məhbusların ailələrinin öz məhbuslarının sağlamlıq durumundan əmin olmaq üzrə xahişlərini cavablandırmamaları şəraitin böhranlı olduğunu göstərir.
Bu mənbələrin bildirdiklərinə görə, bəzi məhbuslar yaşlıdır, digər məhbuslar isə xroniki xəstəliklərə düçar olublar.
Əlməbahis məhbusları mart ayından bəri öz ailələri ilə görüşdən məhrum ediliblər.
Ərəbistan səhiyyə nazirliyinin son məlumatına görə, bu ölkədə 157 min 612 nəfər koronavirusa yoluxubdur ki, onların 1267 nəfəri həyatını itiribdir.