Mossad rəisinin İordaniya kralı ilə gizli görüşü
https://azeri.sahartv.ir/news/qərbi_asia-i363757-mossad_rəisinin_İordaniya_kralı_ilə_gizli_görüşü
Vala xəbər portalı, Mossad başçısının İordaniyaya gizli səfərini və bu ölkənin Kralı ilə görüşündən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 26, 2020 08:20 Asia/Baku
  • Mossad rəisinin İordaniya kralı ilə gizli görüşü

Vala xəbər portalı, Mossad başçısının İordaniyaya gizli səfərini və bu ölkənin Kralı ilə görüşündən xəbər verib.

SəhərAzəri İSNA-ya istinadla xəbər verir, bir Sionist qaynağı bildirib ki, sionist rejim casusluq təşkilatının (Mossad)  rəhbəri Youssi Kohen ilə İordaniya kralı II Abdullah arasında keçirilən görüşdə Əman-ın Qərb sahilinin hissələrini ilhaq planına qarşı çıxması məsələsi müzakirə edildi.

Mənbənin sözlərinə görə, Əmman və Sionist rejimin Baş naziri Benyamin Netanyahunun ofisi arasındakı gərginliyin və tərəflər arasındakı soyuq münasibətlərin kölgəsində Kohen, Netanyahudan II Abdullaha mesajlar aparıb.

Sionist rejim başçıları, Qərb Sahilinin bir hissəsinin ilhaq edilməsi prosesinə iyulun 1-dən başlayacaqlarını söyləyirlər. Beynəlxalq ictimaiyyət həmin plana qarşıdır.