İyun 26, 2020 14:20 Asia/Baku
  • Sionist rejimin xarici işlər naziri, Netanyahunun ilhaq  planına qarşıdır

Sionist rejimin xarici işlər naziri Gabi Əşgnazi, Baş Nazir Benyamin Netanyahunun İordan vadisini ilhaq etmək planlarına qarşı çıxıb.

SəhərAzəri İSNA-ya istinadla xəbər verir, bunu sionist rejimin xarici işlər naziri Gabi Əşgnazi vurğulayaraq, fələstinlilərin ayrılmasına səbəb ola biləcək addımları təsdiqlədiyini bildirib və bunun Vaşinqton hökuməti və qonşu ölkələrlə tam və məsuliyyətli koordinasiya şəraitində aparılmasının vacibliyini deyib. 
Əşgnazi, İsrailin strateji və təhlükəsizlik maraqlarını qorumaq istədiyini vurğulayıb.
Bununla bağlı "Kan" sionist şəbəkəsi bəzi mənbələrə istinadən bildirib ki, Əşgnazi, qapalı görüşdə, ilhaq planının İordan vadisini ehtiva etməsinin çətin olduğunu söyləyib və bunu hər kəsin bildiyini vurğulayıb.
Eyni halda ABŞ prezidentinin müşaviri Klein Kanuy bu barədə deyib, Trump İsrailin Qərb sahilinin ilhaqı planı ilə bağlı əhəmiyyətli bir açıqlama verəcəkdir.

Teqlər