İyun 26, 2020 15:41 Asia/Baku
  • Avropalı qanunvericilərin qərb sahilnin işğalı planı ilə müxalifəti

Avropalı qanunvericilər qərb sahilnin otuz faizlik işğalı planı ilə müxalifət edərək, öz hökumətlərinin sionist rejimin bu ehtimal olunan hərəkətinə münasib reaksiya verməsini istəyiblər.

SəhərAzəri xəbər verir, Sionist rejimin fələstinlilərin qərb sahilində yerləşən xüsusi ərazilərindən böyük hissələrin işğalı planının icrası üçün elan etdiyi 1 iyul tarixinin yaxınlaşması ilə avropalı qanunvericilər bir məktubda bu plan ilə müxalifətlərini elan ediblər.

26 ölkədən olan mindən çox avropalı qanunverici öz ölkələrinin xarici işlər nazirlərinə göndərdikləri məktubda yazıblar ki, işğal planı sülh perspektivinin təhlükəyə düşməsinə və digər hökumətlərin beynəlxalq qanunları tapdamağa təşviq edəcəkdir.

Avropalı qanunvericilər bu məktubda qərb sahili ərazilərinin qarşıdan gələn ilhaqının perspektivi haqda öz narahatlıqlarını ifadə ediblər.

Sionist rejim iyulun birindən ABŞ prezidenti Donald Trampın hökumətinin himayələrilə İordan çayının qərb sahilindən otuz faizi qəsb etmək niyyətindədir.

Fələstinli rəsmilər və qruplar bu hərəkəti Amerikanın biabırçı və anti-Fələstin planı olan «əsrin sövdələşməsi» planının bir hissəsi hesab edirlər. Elə buna görədir ki, Amerika və sionist rejimlə həmkarlığın kəsilməsini istəyirlər.

Teqlər