ABŞ və sionist rejim «əsrin sövdələşməsi»nin xətərlərini gözləsinlər
Fələstin İslami Müqavimət Hərəkatı sionist rejimin qərb sahilinə hökmranlığının tətbiq edilməsi planını ABŞ-ın «əsrin sövdələşməsi» cinayətinin icra etaplarından adlandırıb və onun nəticələri haqda xəbərdarlıq edib.
SəhərAzəri xəbər verir, Fələstin İslami Müqavimət Hərəkatı- HƏMAS bir daha işğal planı ilə müxalifətini vurğulayıb. Deyib ki, bu plan ABŞ-ın «əsrin sövdələşməsi» cinayətinin bölmlərindəndir.
HƏMAS-ın siyasi bürosu bir açıqlamada qərb sahilindən bəzi hissələrin işğal olunmuş ərazilərə qatılması planını qəsbkar sionist rejim başçılarının cinayəti adlandırıb və onun nəticələrinin təhlükələri barədə ABŞ-a və sionist rejimə xəbərdarlıq edib.
Bu açıqlamada deyilir: Biz bir daha, ümumi olaraq «əsrin sövdələşməsi» adlandırılan, xüsusi olaraq isə ərazi ilhaqı və oğurluğuna aid olan planlara qarşı qəti müxalifətimizi vurğulayırıq.
HƏMAS-ın siyasi bürosu bildirib: Biz bu hərəkəti xalqımıza qarşı aşkar təcavüz hesab edirik, zira irqçi sionist rejim hökumətinin himayə etdiyi cinayət-sövdələşmənin fəsillərindəndir.
Sionist rejimin yeni nazirlər kabineti Likud partiyasının sədri Benyamin Netanyahu ilə «Mavi-Ağ» partiyasının sədri Beni Qantsın razılaşması əsasənda təşkil olunub. Bu razılaşmanın əsası, qərb sahilnin bəzi hissələrinin mənimsənilməsidir. Bu məsələnin həyata keçirilməsi regionda və Fələstində kəskin gərginliklərin yaranmasına bais olacaqdır.