İyul 01, 2020 08:53 Asia/Baku
  • Əmmar Əlhəkim «İraqiyyun» koalisiyasını yaradıb

İraq Milli Hikmət cərəyanının sədri bu ölkənin 1920-ci il inqilabının yüzüncü ildönümündə əhatəli «İraqiyyun» parlament koalisiyasının yaradıldığını bildirib.

SaharAzeri xəbər verir,İraq Milli Hikmət cərəyanının sədri Seyyid Əmmar Əlhəkim dünən bu ölkənin 1920-ci il inqilabının yüzüncü ildönümündə deyib: «İraqiyyun» koalisiyası müstəqil milli simalar və siyasi qüvvələrdən təşkil olunub və öz fəaliyyətinə hökumət orqanından başlayacaq.

O, sonra söyləyib: «İraqiyyun» koalisiyası əsl xalq iradəsinə və suverenliyə malik olan güclü hökumətə dəstək verəcək və müvəqqəti nəticəsiz anlaşmalar və şübhəli sövdələşmələrdən kənar və paybölmələrdən uzaq şəkildə hərəkət edəcək.

 

Teqlər

Şərhlər