pis iqtisadi vəziyyətə etiraz olaraq
Livandakı nümayişlər davam edir
Livanın müxtəlif şəhərləri çərşənbə axşamı ölkənin ağır yaşayış şəraitini və qeri qənqət bəxş iqtisadi durumunu pisləyən etiraz aksiyalarının növbəti dəfə şahidi olub, və etirazçılar ölkəni xilas etmək üçün "fövqəladə hökumətın" qurulmasına çağırblar.
SaharAzeri xəbər verir, Livanın müxtəlif yerlərində, o cümlədən Livanın Cəbəl əyalətindəki Cəbəl əl-Dəyb meydanında etirazçılar ağır yaşayış şəraitinə, iqtisadiyyatin çökdüyünə, lirəyə qarşı dolların bahalaşması va bazarda yanacaq çatışmazlığı üzündən elektrikin kəsilməsinə etiraz olaraq avtomobil şinlərini yandıraraq marşrutları bağladılar. Məlumata görə Livan ordusu vəziyyəti sakitləşdirmək üçün hərəkətə keçib.
Yüzlərlə etirazçı Beyrutun şimalında yerləşən Cəbəl əl-Dəyb körpüsünü bağlayıb, hökumətin buraxılmasını və erkən parlament seçkilərinin keçirilməsini istəyiblər.
Livanlı nümayişçilər Beyrutdakı bir neçə əsas küçəni, xüsusən Livan Mərkəzi Bankının qarşısındakı Əl-Həmra küçəsini, və digər mühüm yolları bağlayıblar.
Livanın Trafikə Nəzarət Mərkəzindən verilən məlumata görə, Əbdün-Nasir came Məscidi yaxınlığındakı "Korniş Əl-Mazrəə" yolu hər iki istiqamətdə bağlanmışdır.
Əl-Kula Körpüsü və Əl-Mədinə Əl-Riyad Qovşağı da hər iki istiqamətdə bağlanıb və Bəzi etirazçılar, Beyrutdakı Bəşra əl-Xuri yolunu zibil qutuları ilə bsədd edib, ölkənin vəziyyətinin pisləşməsinə etiraz olaraq od yandırıblar.
Dolların qiymətinə etiraz edənlərdən bir qrupu Bab əl-Təbanə məhəlləsindəki Tripoli-Akar magistralını şinlər və bəzi maneələrlə bağladılar.
Livanın müxtəlif bölgələrində yanacaq qıtlığı üzündən şiddətli elektrik çatışmazlığı baş verib və Livan Elektrik Şirkəti elektrik kəsilməsi ilə bağlı xəbərdarlıq edib.
Livan lirəsi dəyərinin 80 faizindən çox dəyər itirməsi və qara bazarda dolların qiymətinin 9000 lirəyə çatmasından sonra ölkə ağır iqtisadi böhranla üzləşib.