İyul 14, 2020 14:28 Asia/Baku
  • 11 Aİ ölkəsi ilhaq planının icrasının qarşısını almağa çalışır

11 Avropa ölkəsi Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə məktubda ondan, bu birliyin sionist rejimi/ qərb sahilini qəsb etmək planından çəkindirmək üzrə seçimlərini tələb edib.

SəhərAzəri xəbər verir, Fransa, İtaliya, Hollandiya, İrlandiya, Belçika, Lüksemburq, İsveç, Danimarka, Finlandiya, Portuqaliya və Maltanın xarici işlər nazirləri Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi- Cozep Borrelə məktubda bu birliyin/ ilhaq planını icra edəcəyi təqdirdə sionist rejimə olacaq ehtimal olunan cavab addımlarının siyahısının dərhal hazırlanması zərurətinə təkid ediblər.

11 Avropa ölkəsinin xarici işlər nazirləri bu məktubda sionist rejimin qeyd olunan planının icrasının hüquqi-siyasi nəticələrinə aydınlığın gətirilməsini mühüm adlandırıblar. Onlar Borreldən istəyiblər ki, Avropa Birliyinin bu plana olacaq reaksiyaları barədə hazırladığı sənədin detallarını onlara göndərsin.

Bundan öncə də 26 Avropa ölkəsindən olan min nəfərdən çox qanunverici bir məktubda sionist rejimin qərb sahilindən otuz faizin işğalı üzrə planı ilə müxalifət edərək, həmin rejimin bu addımına öz hökumətlərinin münasib reaksiyasını istəmişdilər.

 

Teqlər

Şərhlər