Netanyahuya etiraz edənlərdən azı 50 nəfər həbs olunub
Sionist rejim polisi Benyamin Netanyahunun iqamətgahı qarşısına toplaşıb, onun baş nazirlikdən istefa verməsini istəyən azı əlli etirazçını həbs edib.
SəhərAzəri xəbər verir, Sionist Haarets qəzetinin məlumatına görə, həbs olunmuş bu əlli etirazçı dünən işğal olunmuş Qüdsdəki məhkəmədə mühakimə olunub və onlardan azı səkkiz nəfər barədə cinayət işi açılıb.
Sionist rejim polisi iddia edir ki, aksiyaçılar nəinki ictimai asayişi pozub və təxribatçılıq törədiblər, həm də toqquşma yolu ilə Netanyahunun iqamətgahına girməyə çalışıblar.
Son həftələr ərzində neçənci dəfədir ki, işğal olunmuş Qüds və Təl-Əviv daxil olmaqla qəsb edilmiş Fələstinin müxtəlif şəhərlərinin sakinləri aksiya keçirməklə Netanyahunun müxtəlif siyasətlərinə, o sıradan qərb sahilndən otuz faizin qəsb edilməsi planına, koronavirusla mübarizə bəhanəsilə təhlükəsizlik qüvvələrinin ixtiyarlarının artırılmasına və onun korrupsiya işlərində məhkəmə aparatı ilə qarşıdurmasına etiraz edirlər.