İyul 21, 2020 09:27 Asia/Baku
  • İraqın baş naziri bu gün Tehrana səfər edəcək

İraqın baş naziri Mustəfa Əlkazimi İran rəsmilərilə görüşmək üçün bu gün yüksək səviyyəli siyasi-iqtisadi heyətlə Tehrana daxil olacaq.

SəhərAzəri xəbər verir, İran İslam Respublikası prezident aparatı başçısının əlaqələr və informasiya məsələləri üzrə müavini Əlireza Moezzi deyib: İraqın baş naziri Mustəfa Əlkaziminin İran İslam Respublikasının prezidenti Həsən Ruhani tərəfindən rəsmi surətdə qarşılanması mərasimindən sonra dərhal iki ölkənin rəsmi heyətləri ikitərəfli danışıqlara başlayacaqlar.

İran İslam Respublikası prezident aparatı başçısının əlaqələr və informasiya məsələləri üzrə müavini söyləyib: İran və İraq heyətlərinin ikitərəfli müzakirələrindən və Əlkaziminin Ruhani ilə xüsusi iclasından sonra İranın birinci vitse-prezidenti Eshaq Cəhangirinin iştirakı ilə iki ölkənin yüksək səviyyəli heyətlərinin müzakirələri keçiriləcək.

İran İslam Respublikası prezident aparatı başçısının əlaqələr və informasiya məsələləri üzrə müavininin sözlərinə görə, İraqın baş naziri İrana ikigünlük səfərində həmçinin İslam İnqilabının Böyük Rəhbərinin görüşünə gedəcək və İran İslam Şurası Məclisinin sədri ilə görüşəcəkdir.

İraqın baş nazirini İrana səfərdə bu ölkənin xarici işlər, neft, elektrik, maliyyə, müdafiə və səhiyyə nazirləri, eləcə də İraqın milli təhlükəsizlik müşaviri müşayiət edirlər.

Teqlər