İyul 21, 2020 17:51 Asia/Baku
  • Ərəbistan krallıq sarayının ətrafında gərginlik

Bəzi yerli mənbələr Ərəbistanın paytaxtı Ər-Riyadda yerləşən krallıq sarayının ətrafında atışma səsinin eşidilməsindən xəbər veriblər.

SəhərAzəri xəbər verir, «Azadlıq və Dəyişiklik» portalı bu gün bir reportajda bildirib ki, Ərəbistan kralı Salman bin Əbduləzizin xəstəxanaya yatırılmasından sonra Ərriyadın Əlxəzami məhəlləsində, krallıq sarayının ətrafında atışma səsi eşidilib.

Hərçənd Ərəbistan hökuməti krallıq sarayının ətrafında atışmanı senzura edir, amma bu qarşıdurmanın təsvirləri sosial şəbəkələrdə yayılıbdır.

Digər tərəfdən, kral Salmanın gecə ilə xətəxanaya köçürülməsi ekspertlərin diqqətini çəkib. Belə ki, bəzi hökumət qulluqçuları sosial şəbəkələrə deyiblər ki, kral Salmanın xətəxanaya köçürülməsi kral sarayında modern tibbi imkanların mövcud olduğu bir şəraitdə həyata keçirilibdir.

Belə görünür ki, Ərəbistandakı qarşıdurmalar, hakimiyyəti əldə etmək üstündə krallıq ailəsinin içərisindəki qarşıdurma ilə bağlıdır və Salman bin Əbduləzizin ölümü haqda şayiələr də mövcuddur.

Ərəbistanın rəsmi VAS informasiya agentliyi dünən krallıq sarayına istinadla bildirib ki, kral Salman öd kisəsində iltihabın olmasına və analiz vermək üçün xəstəxanaya yola düşübdür.

2015-ci qardaşı kral Abdullahın ölümündən sonra Ərəbistan kralı olmuş Salman yeddinci səudiyyə kralıdır.

Kral Əbduləzizin 25-ci oğlu olan və Ərriyad şəhərində anadan olmuş Salmanın 84 yaşı var.

 

Teqlər