İyul 26, 2020 15:05 Asia/Baku
  • Səudlar Yəmən neftini qarət ediblər

Yəmənin neft naziri bu ölkənin neft ehtiyatlarının təcavüzkar səud koalisiyası və onun muzdluları tərəfindən qarət edildiyini bildirib.

SəhərAzəri xəbər verir, Yəmənin neft naziri Əhməd Dars deyib: 2018-ci ildə səud təcavüzkarları 18 milyon, 2019-cu ildə isə təqribən otuz milyon barrel Yəmən neftini qarət etdilər.

Dars sonra deyib: Təcavüzkarlar Yəmən neftinin satışından əldə etdikləri gəlirləri səud banklarına köçürürlər.

Yəmən Səhiyyə Nazirliyinin Təcili Yardım Şöbəsinin müdir müavini Əbdulkərim Ənnəhari də neft məmulatlarının başa çatması nəticəsində bu ölkədə yaranmış hazırkı şərait ilə bağlı xəbərdarlıq edib və belə deyib: Yəməndə təcili yardım demək olar ki, dayanıbdır və bu, tankerlərin təcavüzkar səud koalisiyası tərəfindən müsadirə olunmasına görədir.

Bundan öncə də yəmənli rəsmilər bildirmişdilər ki, bu ölkədə neft məmulatlarının başa çatacağı halda, Yəməndə bir çox sektor iflic olacaq və geniş miqyaslı bir faciə baş verəcəkdir.

Yəmən xalqının qida maddələrinə və yanacağa son dərəcə ehtiyac duymasına rəğmən, səud koalisiyası Yəməndən milyonlarla barrel neft oğurlamaqdan əlavə, yanacaq daşıyan gəmilərin bu ölkəyə girişinə xələl gətirir və onları saxlayır. Bu da Yəməndə yanacaq və neft məmulatları çatışmazlığı böhranını artırıbdır.

Teqlər