Sionist qəsəbə sakinləri qərb sahilində bir məscidə hücum ediblər
İyul 27, 2020 13:10 Asia/Baku
Sionist qəsəbə sakinləri qərb sahilində yerləşən Ramullah şəhərinin yaxınlığındakı bir məscidə hücum ediblər.
SəhərAzəri xəbər verir, Bir qrup sionist qəsəbə sakini bu gün Ramullah şəhərinin yaxınlığında yerləşən Əlbirə məscidinə basqın edərək, məscidin divarına rasist şüarlar yazıb.
Sionist qəsəbə sakinləri həmçinin Əlbirə məscidinin təsisatlarını yandıraraq, aradan çıxıblar.
Fələstin qəsəbə və kəndləri, xüsusən bu bölgələrin məscidləri daima sionist qəsəbə sakinlərinin rasist hücumlarının hədəfinə çevrilirlər.