İyul 29, 2020 18:49 Asia/Baku
  • Netanyahunun tərəfdarları Təl-Əvivdə aksiyaçılara hücum ediblər

Benyamin Netanyahuya qarşı etirazların davam etməsi və genişlənməsi fonunda sionist rejimin baş nazirinin tərəfdarları polis və təhlükəsizlik qüvvələri ilə birlikdə etirazçılara hücum ediblər.

SəhərAzəri xəbər verir, Benyamin Netanyahunun siyasətləri və fəaliyyətlərinə etiraz edənlər iyulun 28-də sionist rejimin ictimai təhlükəsizlik naziri Əmir Ohananın iqamətgahı qarşısına toplaşıblar.

Həmin vaxt, polis və təhlükəsizlik qüvvələri tərəfindən dəstəklənən Netanyahunun tərəfdarlarından bir qrupu aksiyaçılara hücum edib onları döyərək, çoxlu syda insana xəsarət yetiriblər.

Sionist rejim parlamentində (knesset) müxalifət partiyasının lideri Yair Lapid bu gün deyib: "Netanyahunun təhrikamiz sözləri radikal sağçıların aksiyaçılara hücum etməsinə səbəb olub".

Lapid əlavə edib: "Dünən Təl-Əvivdə baş verən zorakılıq və qan axıdılmasının məsuliyyəti Netanyahu və onun agentlərinin üzərindədir".

O, bu tendensiyanın davam etməsilə və Netanyahu Kabinetinin etirazçıların tələblərinə cavab verə bimədiyi üçün İsrailin vətəndaş müharibəsinə doğru sürükləndiyi ilə bağlı xəbərdarlıq edib. 

Son həftələrdə sionist rejim, iqtisadi problemlər və bu rejimin Nazirlər Kabinetinin koronavirusla mübarizədə uğursuzluğu səbəbilə işğal olunmuş Fələstin ərazilərində sosial iğtişaşlar və etirazların şahididir.

Teqlər