İyul 30, 2020 14:44 Asia/Baku
  • Həşduşşəbi bir daha ABŞ qüvvələrinin İraqdan çıxmalarını istəyib

İraqda Həşduşşəbi təşkilatının sədri bir daha ABŞ qüvvələrinin İraqdan çıxmaları vacibliyini vurğulayıb.

SəhərAzəri xəbər verir, Falih Əlfəyyaz bildirib ki, İraq parlamentinin ABŞ qüvvələrinin bu ölkədən qovulmalarına dair qərarının müqavimət üzvlərinin terror edilmələri əməliyyatı ilə əsaslı şəkildə əlaqəsi var. O, deyib: İraq hökuməti parlamentin bu qərarını izləyir və onun həyata keçməsi üçün Vaşinqtonla danışıqlara başlayıbdır.

Sepah-ın Qüds qüvvələrinin komandanı Hac Qasem Soleymani və Həşduşşəbi təşkilatının sədr müavini Əbu Məhdi Əlmuhəndisin terrorçu Amerika hökuməti tərəfindən Bağdad hava limanının yaxınlığında namərdcəsinə terror edilmələrinin ardınca İraq parlamentinin üzvləri yanvarın beşində ABŞ qüvvələrinin İraqdan qovulmaları barədə layihə qəbul etdilər.

Teqlər

Şərhlər