PKK/YPG Əsədlə birləşməyə çalışır - Ekspert
https://azeri.sahartv.ir/news/qərbi_asia-i365504-pkk_ypg_Əsədlə_birləşməyə_çalışır_ekspert
Suriyada PKK/YPG terror təşkilatı Bəşər Əsəd rejiminə yaxınlaşmaq üçün bütün imkanlarını səfərbər edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 04, 2020 08:45 Asia/Baku
  • PKK/YPG Əsədlə birləşməyə çalışır - Ekspert

Suriyada PKK/YPG terror təşkilatı Bəşər Əsəd rejiminə yaxınlaşmaq üçün bütün imkanlarını səfərbər edib.

SəhərAzəri Axar.az-a istinadla xəbər verir ki, bunu türkiyəli siyasi şərhçi İmbat Muğlu ölkə mətbuatına açıqlamasında deyib.

“Suriyada vətəndaş müharibəsi başlayanda Əsəd rejiminə qarşı çıxan ilk terror təşkilatı PKK/YPG olub. Son vaxtlarda güc itirən təşkilat Əsəd rejiminə yaxınlaşmaq üçün bütün imkanlarını səfərbər edib.

PKK/YPG eyni zamanda, Suriyada müttəfiq olduğu ABŞ-la birlikdə özünü qanuniləşdirmək üçün yeni bir yol və metod axtarır. Təşkilat bölgədə ABŞ-ın işğal etdiyi neft yataqlarını “qoruyur”. ABŞ da buna qarşılıq olaraq terror təşkilatına neft gəlirinin 25 faizi qədər pay verir”, - İ.Muğlu bildirib.