Avq 06, 2020 17:32 Asia/Baku
  • Livana yardımların göndərilməsi davam edir

Livana humanitar və tibbi yardımların göndərilməsi davam edir.

SəhərAzəri xəbər verir, İrandan sonra Azərbaycan Respublikası, Rusiya, Küveyt, İordaniya, Türkiyə, İraq, Hollandiya, Tunis, Misir, Fransa, İngiltərə və Avropa İttifaqı da Livana humanitar və tibbi yardımlar göndərməkdədirlər.

Qətər Livana bir ədəd təyyarə göndərib. Təyyarədə tibbi ləvazimatlar və çarpayılara şamil olan bir ədəd modul tipli xəstəxana olub. Qətər Livana humanitar və tibbi yardımlarından ibarət daha üç təyyarə göndərməlidir.

Tunis prezidenti Qeys Səid humanitar yardımlar daşıyan iki hərbi təyyarənin Livana göndərilməsindən xəbər verib. Tunis prezident administrasiyası da bu ölkənin Beyrut partlayışının yüzlərlə yaralısını müalicə etməyi üzərinə götürdüyünü bildirib.

İordaniya kralı Abdullah Sani də bir ədəd modul tipli xəstəxananın təşkil edilərək, livana göndərilməsi barədə göstəriş verib.

İraq isə bildiribdir ki, Livana yanacaq maddələri göndərəcəkdir.

Misirin Ələzhər şeyxi Əhməd Əltəyyib də Livana tibbi və humanitar yardımlardan ibarət bir karvan yollayıb.

Fransa da Beyruta iki ədəd hərbi təyyarə göndərib. Təyyarədə bir səyyar müalicə mərkəzi, bir neçə tibb işçisi və bir qrup şəhər yardım qüvvəsi olub. Fransa prezidenti Emmanuel Makron da bu gün Livana səfər etməlidir.

İngiltərə Livana altı milyon 600 min dollar yardım göstərmək barədə üzərinə öhdəlik götürüb.

Hollandiya rəsmiləri isə bildiriblər ki, Beyruta bir neçə yanğınsöndürən və polis qüvvəsi, həmçinin bir neçə həkimdən ibarət 67 yardım qüvvəsi göndəriblər.

Rusiya da Livana bir neçə tibb işçisi və bir neçə ədəd təcili yardım maşını göndəribdir.

Avropa İttifaqı isə bildiribdir ki, şəhər axtarışına yardım istiqamətində Livana yüzə yaxın yanğınsöndürmə mütəxəssisi göndərəcək.

Belə bir halda, BMT-nin Ərzaq Proqramı- FAO Livanda un çatışmazlığından nigarançılıq edib, zira Beyrut limanındakı partlayışda taxıl anbarları məhv olubdur.

Beyrut valisi bu partlayışda dəymiş zərəri on-on beş milyard dollar təxmin edib. Mərvan Əbud deyib: Aparılmış hesablamalar partlayışdan irəli gələn birbaşa və dolayısı ilə olan xəsarətlərə şamil olur və bu, Livanın xalqı və hökuməti üçün ən böyük böhran və faciə sayılır.

Beyrut valisi dünən bu partlayış nəticəsində təqribən üç yüz min livanlının evsiz-eşiksiz qaldığını bildirmişdi.

Çərşənbə axşamı günü axşamçağı Beyrut limanında yerləşən pirotexniki maddələr anbarlarından birində geniş yanğının baş verməsinin ardınca ammonium nitrat saxlanılarn yaxınlıqdakı anbarlarda güclü partlayış baş verdi.

Livan səhiyyə nazirliyinin bildirdiyinə görə, indiyədək həmin hadisə ilə bağlı azı 150 nəfər ölüb, dörd min nəfərdən çox insan da yaralanıbdır.
 

Teqlər