Avq 18, 2020 13:10 Asia/Baku
  • Əriqat:

Fələstin Azadlıq Təşkilatinin İcraiyyə Komitəsinin baş katibi ərəb ölkələrini BƏƏ və sionist rejimi arasındakı razılaşmanı pozmaq üçün səy göstərməyə çağırıb.

SəhərAzəri xəbər verir, Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsinin baş katibi Saib Əriqat Əbu-dabi və Təl-Əviv arasındakı razılaşmaya biganə yanaşdıqları üçün İslam Əməkdaşlığı Təşkilatı və Ərəb Liqasını tənqid edib. O, deyib: "Fələstin və Qüds regionda gedən siyasi proseslərin qurbanına çevrilməyəcək".

"Ərəb və İslam dünyasındakı ekstremist qüvvələr Əmirliklər və İsrail rejimi arasındakı anlaşmadan daha çox faydalanacaqlar və belə bir razılaşma ilə sionist-ərəb bir hərəkatın yaranmasının şahidi olacağıq", -deyə Əriqat əlavə edib.

Fələstinin Həmas hərəkatının Beynəlxalq Əlaqələr Bürosunun üzvü Basim Nəim isə vurğulayıb ki, Birləşmiş Ərəb Əmirlikləri heç vaxt sionist rejimi ilə əldə etdiyi razılaşma sayəsində Fələstin məsələsilə bağlı Ərəb dünyasındakı bütün tabuları poza bilməyəcək, Lakin sionist düşmənin gec və ya tez məhv olacağı aydın məsələdir". 

BƏƏ ilə sionist rejimi arasında münasibətlərin normallaşdırılmasına kömək etmək üçün ABŞ prezidenti Donald Trampın ardıcıl səyləri nəticəsində tərəflər avqustun 13-də diplomatik əlaqələrin adiləşdirilməsinə dair razılıq əldə ediblər. 

Bu anlaşma İslam ölkələri və Fələstinin müqavimət qruplarının kəskin qınağına səbəb olub.

Teqlər