Avq 20, 2020 10:58 Asia/Baku
  • BMT Yəməndəki insan böhranı haqda xəbərdarlıq edib

BMT-nin Yəməndəki humanitar məsələlər üzrə koordinatoru minlərlə yəmənli uşağın ölümü ilə nəticələnən maliyyə mənbələrinin təcili təmin edilməməsinin nəticələri barədə xəbərdarlıq edib.

SəhərAzəri xəbər verir, Liz Qrandi 19 avqust- Ümumdünya Humanizm Günü münasibətilə etdiyi çıxışında bildirib ki, Yəməndə su və kanalizasiya xidmətlərinin yarısı kəsiləcək. O, deyib: Yəmənin müalicə imkanlarının yarısını təşkil edən 189 xəstəxana və 2500 klinika üçün lazım olan dərman və tibb avadanlıqları üzrə xidmət prosesi də dayana bilər.

BMT-nin Yəməndəki humanitar məsələlər üzrə koordinatoru Yəməndə maliyyə mənbələri çatışmazlığının nəticələrini fəlakətli adlandırıb. Vurğulayıb ki, pis qidalanma və xəstəlik nəticəsində minlərlə yəmənli uşaq həyatını itirə bilər.

Ərəbistan ABŞ-ın, BƏƏ-nin və bir neçə digər ölkənin dəstəyilə 2015-ci ilin martından Yəmənə hərbi hücum edərək, bu ölkəni hava, quru və dənizdən mühasirə edibdir.

Ərəbistanın və müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə nəfərin yaralanmasına və milyonlarla yəmənlinin didərgin düşməsinə bais olubdur.

Teqlər