Husilər İŞİD-in Yəmən üzrə liderini məhv etdiklərini bildiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i366276-husilər_İŞİd_in_yəmən_üzrə_liderini_məhv_etdiklərini_bildiriblər
Husilər Yəmənin əl-Bəyda əyalətində İŞİD terror təşkilatının bu ölkədəki liderini öldürdüklərini bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 21, 2020 08:10 Asia/Baku
  • Husilər İŞİD-in Yəmən üzrə liderini məhv etdiklərini bildiriblər

Husilər Yəmənin əl-Bəyda əyalətində İŞİD terror təşkilatının bu ölkədəki liderini öldürdüklərini bildiriblər.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmən Silahlı Qüvvələri bəyanat verib.

Son günlərdə Yəmənin mərkəzində İŞİD və əl-Qaidəyə qarşı əməliyyatın uğurla həyata keçirildiyini bildirən Yəmən Ordusu açıqlayıb ki, bu əməliyyat çərçivəsində İŞİD terror təşkilatının lideri Əbul-Vəlid əl-Ədəni də öldürülüb.

Əlavə edilib ki, bu əməliyyat çərçivəsində İŞİD və əl-Qaidənin 250-dən çox üzvü öldürülüb və əsir götürülüb.