Amerikanlar çıxmazlarsa, bizim hücumlarımızdan xilas olmayacaqlar
İraq müqavimət qrupları Amerikanın terrorçu hərbçilərinin bu ölkədən çıxmaları vacibliyini vurğulayıblar. Onlar təhdid ediblər ki, əgər bu məsələ baş verməzsə, hərbi çəkişmə etapına daxil olacaqlar.
SəhərAzəri xəbər verir, İraq müqavimət qrupları vurğulayıblar ki, bu ölkənin baş naziri Mustafa Əlkazimi ABŞ-a səfəri zamanı bu ölkə hərbçilərinin İraqdan çıxmalarını öz əsas prioriteti etməli idi.
Bu qruplar bəyanat yayaraq, bildiriblər: Gözləyirdik ki, Əlkazimi vəd etdiyi kimi bu ölkə suverenliyinin reallaşması üçün İraqın qeyrətli xalqının nümayəndəsi olmuş olsun, nəinki xalqların qarət edilmələri və qan axıdılmasında peşəkar olan Donald Tramp kimi bir axmaq, məsələləri ona diktə etmiş olsun.
Bəyanatda deyilir: Əlkaziminin özü ilə gətirəcəyi bəzi layihələr təbliğat və aldatma xarakteri daşıyır və onların bəzisi Amerika heybətinin yenidən İraqın qabiliyyətləri üzərində yayılması, müstəmləkəçilik, oğurluq və qarət üçündür.
Əlməyadin telekanalı bu qruplara istinadla xəbər veribdir ki, Əlkazimi milyonluq aksiya ilə tələb olunan İraq xalqının qərarının icrasını özünün əsas prioriteti etməli idi. Bu xalq öz qərarına gəlib və vurğulayır ki, işğalçı Amerika tərəfindən hərc-mərclik və böhranın yaradılması, terrorizmin maliyyələşdirilməsi, məhvetmə, dağıtma və iştirakda məqsəd budur ki, o, İraq iqtisadiyyatını məhv edərək, onun mənbələrini qarət etsin və bu məsələyə son qoyulmalıdır.
Bəyanatda sonra deyilir: Elə buna görə, qərara alıblar ki, xalqın qərarının icrası istiqamətində qəsbkar qüvvələri qovsunlar; bu qüvvələrin iştirak və təcavüzləri strateji razılaşma çərçivəsindən kənar olaraq, İraqın başıucalığı və suverenliyinə qarşı aşkar təcavüzdür.
Bəyanatda sonra deyilir: Amerikanın gördüyü hərəkətlərin başa çatmasından sonra Əlkaziminin Amerikaya səfəri zamanı işğalçı ABŞ qüvvələrinin tam şəkildə İraqdan çıxmaları məsələsinin irəli sürülməməsini/ İraqın suverenliyindən, bu ölkə xalqının ləyaqətindən, əsas qanundan və onu parlament qərarlarını icra etməyə borclu edən qanundan yan keçmək hesab edirik.
Bu qruplar vurğulayıblar ki, Əlkazimi İraqın suverenliyini müdafiə etməli və ABŞ-ın işğalçılığına son qoymalıdır. Onlar belə qeyd ediblər: Əgər Amerikanın tam şəkildə İraqdan çıxması barədə razılıq əldə olunmazsa, müqavimət qrupları qanuni və şəri baxımdan belə bir haqqa malikdirlər ki, tədrici müqavimət fəaliyyəti və siyasi dialoqa fürsətin verilməsi mərhələsindən/ çəkişmə və Amerikanın bütün maraqlarına qarşı hücum mərhələsinə daxil olsunlar… Amerika qüvvələri bizim hücumlarımızdan xilas olmayacaqlar.
Bəyanatda sionist rejim heyətlərinin Bağdadda/ İraqda hərc-mərclik və dağıntı işində koordinasiya yaratmaq üçün amerikalı və iraqlı komandanlarla görüşlərinə işarə edilərək, vurğulanıb ki, bu heyətlər də hücumlar dairəsindən kənarda qalmayacaqlar; bu heyətlər bəzi alçaq şəxsləri müzda götürməklə terrorları genişləndirmək və İraqın əhali bölgüsünü aradan götürmək ardıncadırlar.
Müqavimət qrupları sonda belə qeyd ediblər: Xalqımızı əmin edirik ki, onların müqavimət qrupları/ bu şəxslərin pusqusunda durublar. Biz onların hərəkətlərini izləyirik və ölkəni/ sionistlərin və Amerikanın proqramlaşdırma aparmaqda olduqları hərc-mərcliyə daxil etmələrinə icazə verməyəcəyik.
Əlkazimi hazırda Amerikadadır. Donald Tramp dünən iddia etdi ki, üç il ərzində ABŞ qüvvələrini İraqdan çıxaracaq. Bu məsələ İraqın müqavimət qruplarının hiddətinə səbəb olub və bu bəyanatın verilməsi ilə nəticələnibdir.