Yəmənin müdafiə naziri: "Yəmən coğrafiyası işğaldan tam azad edilməlidir"
Yəmənin müdafiə naziri təcavüzkarlarla müharibənin bu ölkənin bütün coğrafiyasının işğaldan azad edilməsi günə qədər davam edəcəyini vurğulayıb.
SəhərAzəri xəbər verir, Yəmənin Əl-Məsirə kanalının məlumatına görə, Məhəmməd Nasir Əl-Atifi elan edib ki, Yəmən öz çəkindiricilik gücünü gücləndirməklə təcavüzkarları məhv etməyə və onları dağıdıcı bir məğlubiyyətlə üzləşdirməyə qadirdir.
O, işğalçılığı qəbul etdirmək ardınca olan bir düşmənlə heç bir sülh və sazişin olmayacağını vurğulayaraq, əlavə edib: "Səud düşmən yalnız müharibə dilini başa düşür"
Yəmənin müdafiə naziri işğalçıların və təcavüzkarların bu ölkədən çıxarılması vacibliyini vurğulayıb və Yəmənin silahlı qüvvələrinin quru, hava və dənizdə əhatəli strateji variantlara üz tutmaq azmində olduqlarını bəyan edib.
Əl-Atifi, həmçinin deyib: "Yəmən xalqına söz veririk ki, bu ölkədə heç bir təcavüzkar və işğalçı qalmayacaq".
Səud koalisiyası 2015-ci il martın 25-dən Yəmənə qarşı müharibəyə başlayıb. Bu müharibə birbaşa və ya dolaysı ilə 100 mindən çox ölü, yüz minlərlə yaralı və üç mindən çox insanın didərgin düşməsi ilə nəticələnib.