İraq xarici əlaqələr komissiyasından ABŞ-ın öz hərbçilərinin çıxışını yubatması haqda xəbərdarlıq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i366537-İraq_xarici_əlaqələr_komissiyasından_abŞ_ın_öz_hərbçilərinin_çıxışını_yubatması_haqda_xəbərdarlıq
İraq parlamentinin xarici əlaqələr komissiyası Amerikanın İraqdan üçillik möhlət almaqla öz qüvvələrini bu ölkədən çıxarmağı təxirə salmağa çalışması haqda xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 28, 2020 04:16 Asia/Baku
  • İraq xarici əlaqələr komissiyasından ABŞ-ın öz hərbçilərinin çıxışını yubatması haqda xəbərdarlıq

İraq parlamentinin xarici əlaqələr komissiyası Amerikanın İraqdan üçillik möhlət almaqla öz qüvvələrini bu ölkədən çıxarmağı təxirə salmağa çalışması haqda xəbərdarlıq edib.

SəhərAzəri xəbər verir, Mustafa Əlkazimi Amerikaya son səfərindən və bu ölkənin prezidenti Donald Trampla görüşdən sonra bildiribdir ki, Tramp amerikalı hərbçilərin daha üç il İraqda qalacaqlarına təkid edibdir.

İraq parlamentinin xarici əlaqələr komissiyasının üzvü Amir Əlfaiz deyibdir ki, parlamentin qərarı bütün xarici qüvvələrin İraqı tərk etmələrini vurğulayır.

Əlfaiz həmçinin bildirib ki, Mustafa Əlkaziminin Amerika səfəri İraq üçün uğur gətirməyibdir.

Bundan öncə də İraqın siyasi şəxsiyyətləri və parlament üzvlərindən bir qrupu amerikalı hərbçilərin bu ölkədəki iştiraklarının uzadılmasına reaksiyada vurğulamışdılar ki, bu məsələ baş nazirin ixtiyarları dairəsində deyil və parlament onun qarşısında mövqe bildirəcəkdir.

İraq parlamenti 2020-ci il yanvarın beşində Amerika hərbçilərinin bu ölkəni tərk etmələri layihəsini qəbul etdi.