İraqda İŞİD ilə mübarizə davam edir
"Həşdüşşəbi" komandanlarından birinin şəhid olduğunu elan etdi
Avq 29, 2020 14:22 Asia/Baku
İraqın könüllü xalq qüvvələrindən təşkil olunmuş "Həşdüşşəbi" hərbi birləşməsi İŞİD terrorçularına qarşı mübarizədə komandanlarından birinin şəhid olduğunu elan etdi.
Səhər Azəri bildirir ki, İraqın Xalq Qüvvələri Komandanlığı (Həşdüşşəbi) ölkənin şərqində İŞİD əleyhinə savaşda komandanlarından birinin şəhid olmasından xəbər verib.
Bu məlumata görə şəhid komandan Amir Əhməd Saleh artilleriya bölməsinin əməliyyat komandanı olub.
Həşdüşşəbinin bəyanatında həmçinin, İŞİD terrorçularının Dəyalə istiqamətində təxribatçı hərəkətinin önlənildiyi bildirilir.