Əmirliklərin İsrailə yaltaqlığı sərhəd tanımır;
Əbu-Dəbi sionist rejimə qarşı iqtisadi blokadanı ləğv etdi
Avq 29, 2020 16:31 Asia/Baku
Əbu-Dəbi və Təl-Əviv arasında diplomatik əlaqələrin qurulmasına dair anlaşmanın ardınca Birləşmiş Ərəb Əmirlikləri sionist rejimə qarşı sanksiya qanunun ləğv etdi.
Səhər Azəri bildirir ki, Əbu-Dəbi şeyxi İsrail ilə iqtisadi-ticarət əlaqələrinin asanlaşdırılması məqsədilə sionist rejimə qarşı sanksiya qanunun ləğv edib.
Əl-Məyadin informasiya kanalının məlumatına görə Xəlifə bin Zayid Ali Nihyan bu qərarı sionist rejimlə əlaqələrin qurulması prosesini sürətləndirmək məqsədilə verib.
Əmirliklərin daxili telekanalları da bu qanunun Əbu-Dəbinin İsrail ilə anlaşmaya sədaqətini nümayiş etdirmək üçün ləğv edildiyini bildiriblər.