Ərəbistan MN-nin bir sıra rəsmiləri istintaqa cəlb ediliblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i366723-Ərəbistan_mn_nin_bir_sıra_rəsmiləri_istintaqa_cəlb_ediliblər
Səudiyyə Ərəbistanın kralı bu ölkənin Müdafiə Nazirliyinin bir sıra rəsmilərinin işdən azad edilərək, istintaqa cəlb edilməsi ilə bağlı bir fərman imzalayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2020 06:47 Asia/Baku
  • Ərəbistan MN-nin bir sıra rəsmiləri istintaqa cəlb ediliblər

Səudiyyə Ərəbistanın kralı bu ölkənin Müdafiə Nazirliyinin bir sıra rəsmilərinin işdən azad edilərək, istintaqa cəlb edilməsi ilə bağlı bir fərman imzalayıb.

SəhərAzəri xəbər verir, Ərəbistan kralı Salman Bin Əbdüləziz bu gün bir fərman imzalayaraq, Səud Birgə Qüvvələrinin komandanı Fəhəd Bin Türki Bin Əbdüləziz Ali Səudun fəaliyyət müddətinin sona çatması və korrupsiya ittihamı ilə istintaqa cəlb edilməsini elan edib. 

Ərəbistan kralı, həmçinin bu ölkənin Müdafiə Nazirliyinin bir sıra zabitləri və mülki işçilərinin dindirilməsi əmrini də verib.Bu fərmanlar Ərəbistanın Müdafiə Nazirliyində həyata keçirilən şübhəli maliyyə mübadilələri ilə əlaqədardır. 

Səudiyyə kralı, həmçinin Əl-Couf bölgəsinin əmiri Əbdüləziz Bin Fəhəd Bin Türkini də işdən azad edib və onun istintaqa cəlb edilməsi əmrini verib.

Məlik Salmanın göstərişinə əsasən, ordu generalı Mütləq Bin Salim Əl-Əzimə Səud Birgə Qüvvələrinin komandanı vəzifəsinə təyin edilib.

Son günlərdə Səudiyyə Ərəbistanın bir sıra dövlət rəsmiləri korrupsiya və torpaq ələ keçirmək ittihamları ilə işdən azad edilib.