Yəmən ordusunun Ərəbistanın Əbha hava limanına PUA hücumu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i367003-yəmən_ordusunun_Ərəbistanın_Əbha_hava_limanına_pua_hücumu
Yəmən silahlı qüvvələrinin sözçüsü bu ölkə ordusunun Ərəbistanın Əbha beynəlxalq hava limanına qarşı PUA hücumundan xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2020 08:19 Asia/Baku
  • Yəmən ordusunun Ərəbistanın Əbha hava limanına PUA hücumu

Yəmən silahlı qüvvələrinin sözçüsü bu ölkə ordusunun Ərəbistanın Əbha beynəlxalq hava limanına qarşı PUA hücumundan xəbər verib.

SəhərAzəri xəbər verir, Yəhya Əlsərii bildirib ki, bu gün səhərçağı Yəmənin «Səmad-3» tipli bir neçə PUA-sı Ərəbistanın cənubunda yerləşən Əsir vilayətinin Əbha beynəlxalq hava limanındakı hədəfləri nişan alıb: bu da onun bir neçə saat bağlanmasına bais olubdur.

Əlsəri vurğulayıb ki, bu hücum təcavüzkar səud qüvvələrinin intensiv hücumlarına və böyük Yəmən xalqına qarşı davamlı mühasirəyə olan təbii cavabdır.

Ötən həftə də media mənbələri Yəmənin ordu və xalq komitələrinin Əbha beynəlxalq hava limanına qarşı hücumlarından xəbər vermişdilər.

Əbha hava limanı səud koalisiyasının Yəmənə qarşı hücumlarında istifadə edilən qırıcılara yanacaqdoldurma və xidmət məkanıdır.