Səudiyyənin yüksək rütbəli hərbi rəsmisi kənarlaşdırılıb
Ərəbistan kralı bu ölkənin müdafiə nazirliyinin başçıları, zabit və komandanlarından bir qrupunu korrupsiya ilə mübarizə adı altında kənarlaşdırıb və zindana atıbdır.
SəhərAzəri xəbər verir, رəzifələrindən kənarlaşdırılmış səud hərbi şəxsiyyətləri arasında Yəmən savaşında səud koalisyasının komandanı olmuş korpus generalı Fəhd bin Turki Ali-Səud da var.
Təcavüzün başlanmasından 2018-ci ilin fevralınadək Yəmən savaşında tanınmış səud komandanlarından olan korpus generalı Fəhd bin Turki korrupsiya bəhanəsi və Muhəmməd bin Salmanın göstərişi ilə vəzifəsindən uzaqlaşdırılıb. Amma xəbərlərdə, ardıcıl məğlubiyyətləri və Yəmənə qarşı hərbi əməliyyatlara iki il yarım komandanlıq etdiyi dövrdə heç bir qələbə əldə etməməsi, bin Turkinin kənarlaşdırılmasının səbəbi kimi göstərilir.
Müsahibə: «Bin Turki» həddi və səviyyəsində olan bir şəxsiyyətin kənarlaşdırılması, məğlubiyyətin qəbul edilməsi deməkdir. Ərəbistan hazırda özünün bütün məğlubiyyətlərini bu kənarlaşdırmanın kölgəsi altında gizlətməyə çalışır.
Səud qüvvələri və onların muzdluları Fəhd bin Turkinin komandanlığı dövründə ağır məğlubiyyətlərə uğradılar.
2019-cu ilin sonunda keçirilən «Nəsrin Min Əllah» və 2020-ci ilin fevralında «Əlbunyan Əlmərsus» əməliyyatları təcavüzkarlara ölümcül zərbələr endirdi. Bu iki əməliyyat Yəmən ordusunun, 9-cu cəbhədən və Nəcran ərazisindən 350 kvadrat-kilometrə yiyələnməsilə nəticələndi.
Müsahibə: Bu kənarlaşdırma səudiyyə üçün utancgətiricidir. Zira onlar Yəmən savaşında qadın və uşaqları öldürməkdən savayı heç bir nailiyyət əldə etməyiblər. Yəmənin ordusu və xalq komitələri döyüş cəbhələrində əsas qərar çıxaran tərəflərdəndirlər.
Məlumatlı mənbələrin sözlərinə görə, səud vəliəhdi altıillik savaşa girişin uğursuzluğunun məsuliyyətini, kənarlaşdırılmış şahzadənin üzərinə atmaq niyyətində idi. Həmçinin əldə olan məlumatlar göstərir ki, bin Turkinin kənarlaşdırılması Əbu-Dəbinin istəyi və onun, əmirliklərin qüvvələrinin komandanlığı ilə ixtilafına görə həyata keçirilibdir. Hər halda, Fəhd bin Turkinin kənarlaşdırılmasının bütün zahiri dəlilləri bir yana qalsın, səudların altıillik müharibədə məğlub olmalarına əsla göz yummaq olmaz.