Səudiyyə Ərəbistanı və Bəhreyn sionist rejimin uçuşları üçün səmalarını açıq elan ediblər
Jared Kuşner Səudiyyə Ərəbistanı və Bəhreynin İsrail rejimin uçuşlarına hava məkanlarından istifadə etmə icazəsi verdiklərini açıqlayıb.
SəhərAzəri İranın “Gənc Reportyorlar Klubu”na istinadla xəbər verir ki, Donald Trampın kürəkəni və baş məsləhətçisi Jared Kuşner Səudiyyə Ərəbistanı və Bəhreynin, bütün İsrail uçuşlarının ölkələri üzərindən keçməsinə icazə verdiklərini söyləyib.
Bu məlumata əsasən, Kuşner deyib: "Görürük ki, Riyad və Manama bütün İsrail rejimin uçuşlarının onların hava məkanından istifadə etməsinə icazə veriblər və bu və bu İsrail üçün əlverişli bir qısa yoldur”.
O, xatırladıb: “Yaxın Şərq dəyişməkdədir və artıq ərəb ölkələri İsrail rejimi-Fələstin münaqişəsinin onların inkişafına mane olmasını istəmirlər. Region xalqları Fələstin başçılarının mövqelərinə düzə bilmirlər. Fələstinlilər dərhal danışıqlar masasına gəlməlidirlər”.
“Bizim sülh planımız “əsrin sövdələşməsi” hələ də masa üzərindədir və əgər fələstinlilər danışıqlar masasına qayıdarlarsa, bu planın inkişafı mümkün olacaq", -deyə Kuşner əlavə edib.
Qeyd edək ki, sionist rejim və Əmirlik rəsmiləri Vaşinqtonda olaraq, münasibətlərin normallaşdırılmasına dair bir müqavilə imzalamaq niyyətindədirlər. Bu imzalama mərasimində Tramp da iştirak edəcək. Görüşün sentyabrın son həftəsində baş tutacağı gözlənilir. Fələstinin müqavimət qrupları Əbu-Dabinin hərəkətini tənqid edərək, BƏƏ-nin müqavimətin bədəninə zəhərli bir xəncər saldığını vurğulayıblar.