Beyrutda geniş yanğın baş verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i367087-beyrutda_geniş_yanğın_baş_verib
Livanlı mənbələr Beyrutda geniş yanğının baş verməsindən xəbər veriblər.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Sen 10, 2020 15:40 Asia/Baku
  • Beyrutda geniş yanğın baş verib

Livanlı mənbələr Beyrutda geniş yanğının baş verməsindən xəbər veriblər.

SəhərAzəri xəbər verir, Yardım qüvvələri alovu söndürməyə səy edirlər.

«Livan24» xəbər portalı da bu xəbəri təsdiq edərək, yazıbdır ki, hələlik yanğının səbəbi müəyyən edilməyibdir.

«LBC» xəbər portalı isə bu barədə belə məlumat yayıb: Bu yanğın Beyrutda yerləşən «Azad bazar» bölgəsində baş verib. İlkin məlumatlara əsasən, yanğın bir yağ və rezin anbarında baş veribdir.

Bir hərbi rəsmi LBC ilə müsahibədə əhalidən istəyibdir ki, Beyrut limanının ətrafından çəkilsin.

O, həmçinin deyib ki, yanğının şiddətinə görə, qüvvələr məkanı tərk etməkdədirlər.